Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Avstraliya hidrogen mərkəzinin yaradılmasına 64 milyon dollar ayıracaq

Avstraliya hakimiyyəti Adelaidadan 400 km şimal-qərbdə yerləşən Bonython limanında hidrogen tədarükü üçün böyük logistika mərkəzinin tikintisinə 64,2 milyon dollar ayıracaq.

“Seanews.az” xəbər verir ki, bu barədə ölkənin Baş naziri Entoni Albaneze bildirib. O, Avstraliya hökumətinin dəniz limanının infrastrukturunu qurmaq və genişləndirmək və onu Cənubi Avstraliyanın ilk böyük hidrogen ixrac terminalına çevirmək üçün 100 milyon Avstraliya dolları (64,2 milyon dollar) sərmayə qoyacağını söyləyib.

Cənubi Avstraliya dünya səviyyəli hidrogen tədarükçüsü olmağa hazırlaşır və hökumət hidrogen elektrolizatorlarının, elektrik stansiyalarının və anbar obyektlərinin tikintisi də daxil olmaqla, regionda hidrogen sənayesini inkişaf etdirmək üçün hərtərəfli plan hazırlayıb.

Baş nazir qeyd edib ki, Bonython limanında hidrogen istehsalı və ixracı üçün infrastrukturun yaradılması və genişləndirilməsinə 2030-cu ilə qədər təxminən 13 milyard Avstraliya dolları (8,3 milyard dollar) ayrılacaq ki, bu da 1,8 milyon ton hidrogen istehsalına və ixracına imkan verəcək. Pilbara, Kvinana, Gladstone, Taunsville, Hanter, Bell Bey və Apper-Spencer-Qalfda hidrogen istehsalı layihələrinə əlavə 500 milyon Avstraliya dolları (321,4 milyon dollar) xərclənəcək.

Ehtimal olunur ki, yaxın 30 il ərzində Avstraliyanın hidrogen sənayesi iqtisadiyyata təxminən 50 milyard Avstraliya dolları (32 milyard dollardan çox) gəlir gətirəcək və ən azı 16 min yeni iş yeri yaradacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır