Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“Qarabağ” yatağının işlənməsi üçün platformanın tikintisi yekunlaşır

“Qarabağ” yatağının işlənməsi üçün platformanın tikintisi sona çatır.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, oktyabrın 4-də şirkətin prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin baş vitse-prezidenti xanım Karri Lokhartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə “Qarabağ” yatağının işlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb, perspektivlər müzakirə edilib. Tərəflər layihənin düzgün istiqamətdə inkişaf etdiyini vurğulayıb, yüksək səmərə verəcəyinə və Azərbaycanın iqtisadi inkişafına əlavə dəyər qatacağına əminliklərini ifadə ediblər. “Qarabağ” yatağında istifadəsi nəzərdə tutulmuş qurğu və platformada yekun işlərin görüldüyü, bu yaxınlarda istismara veriləcəyi bildirilib.

Görüşdə, həmçinin “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi”, “Dan Ulduzu”, “Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişi” ilə bağlı fikir mübadiləsi aparılıb, SOCAR-ın rəhbərliyi müxtəlif layihələrdə “Equinor” şirkəti ilə əməkdaşlığın perspektivli olduğunu bildirib. Tərəflər gələcəkdə də əməkdaşlığın davam etdirilməsi imkanlarını müzakirə ediblər.

Xatırladaq ki, SOCAR və “Equinor” (əvvəlki “Statoil”) 1992-ci ildən bir sıra mühüm layihələrdə, o cümlədən “Azəri”, “Çıraq” və “Dərinsulu Günəşli” (AÇG) neft yatağının işlənməsi layihəsində əməkdaşlıq edir. AÇG layihəsində SOCAR 25 faiz, “Equinor-Azərbaycan” şirkəti isə 7,27 faiz paya malikdir. Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində “Equinor-Azərbaycan” 8,71 faiz, SOCAR-ın törəmə şirkəti olan “AzBTC” isə 25 faizlik pay sahibidir. 2018-ci ildə SOCAR ilə “Equinor” qrupunun bir hissəsi olan “Equinor-Azərbaycan” şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti sazişi” və “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi”, Dan Ulduzu”, “Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş” imzalanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır