Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Bahalı yaxtalara tələbat azalır

Gəmiqayırma zavodlarında gecikmələr və qiymətlərin artması, eləcə də Rusiyadan gələn zəngin alıcıların bazarı tərk etməsi səbəbindən bahalı yaxtaların satışı 2023-cü ildə illik müqayisədə 17% azalıb.

“Seanews.az” xəbər verir ki, bu barədə “SuperYacht Times”-in hesabatında bildirilib. 

2022-ci ildə 245, 2021-ci ildə isə rekord sayda - 313 yaxta satılsa da, ötən il cəmi 203 yaxta satılıb.

Analitiklər bunun səbəbini gözləmə müddətlərinin və yaxtaların qiymətlərinin artması ilə əlaqələndirirlər. “SuperYacht Times”-in araşdırma şöbəsinin rəhbəri Ralf Dazertin sözlərinə görə, uzunluğu 60 metrdən çox olan yeni yaxta sifariş edən alıcı 3-4 il gözləmək məcburiyyətində qalır. O, tərsanələrdəki gecikmələri pandemiyanın təsiri ilə əlaqələndirib.

“Yaxtaların qiyməti artan əmək və material xərcləri səbəbindən artır. Bu şərtlər altında 2024-cü ildə yeni super yaxtaların satışı bir az daha azalacaq", - analitik proqnozlaşdırır.

Uzunluğu 200 metrdən çox olan böyük super yaxtaların satışı xeyli azalıb, belə yaxtalar 2022-ci ilə nisbətən 40% az alınıb. Əsas səbəb Qərbin sanksiyaları ilə üzləşən zəngin rus alıcılarının bazarı tərk etməsidir.

"Ruslar çox ekstravaqant və çox böyük yaxtalar sifariş etməyə meyl edirdilər", - deyib Ralf Dazert.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır