Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Gürcüstan dövləti Anakliya dərin su limanının ortaq sahibi olacaq

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib ki, dövlət Anakliyada Gürcüstanın ilk dərin su limanının tikintisində iştirak edəcək və onun ortaq sahibi olacaq.

“Sputnik Gürcüstan “xəbər verir ki, Gürcüstan hakimiyyəti Anaklia dərin su limanı layihəsinin icrasını sürətləndirmək qərarına gəlib.

Anakliyada dərin su limanı tikmək qərarı Gürcüstan hakimiyyəti tərəfindən ölkənin tranzit potensialını artırmaq və Şərqlə Qərbi birləşdirməli olan “Yeni İpək Yolu” layihəsinə qoşulmaq üçün 2016-cı ildə qəbul edilib.

Hazırda Gürcüstanda iki liman fəaliyyət göstərir:Batumi və Poti. Əsas yük axını Potidən keçir. Poti limanının mənfi tərəfi dərinliyidir - o, 1,5 min TEU-dan çox tutumlu konteyner gəmiləri qəbul edə bilmir.

Anakliada (Sameqrelo-Zemo Svaneti bölgəsi) yeni dərin su limanının tikintisinə 2017-ci ilin dekabrında başlansa da, altı ay sonra akvatoriyanı dərinləşdirməyə başlayanda iş dondurulub. Yeni limanın yükaşırma qabiliyyəti 7 milyon ton, dərinliyi 20,5 metr, 32 yanalma körpüsünün ümumi uzunluğu isə 12,3 km olmalı idi.

İlkin olaraq dövlət limanın tikintisini tamamilə özəl sektora verməyi planlaşdırırdı və 2016-cı ildə bu şərtlərlə tender elan etmidi.

Qalib olan Anaklia Limanı İnkişaf Konsorsiumu dövlətin bəyan etdiyi yük dövriyyəsinin zəmanəti altında beynəlxalq maliyyə institutlarından 400 milyon dollar alınmasını nəzərdə tutan maliyyə sövdələşməsini bağlamaq üzrə öhdəliklərini yerinə yetirə bilməyib.

2020-ci ilin yanvarında səlahiyyətlilər, investor maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün Anaklia Limanı İnkişaf Konsorsiumu ilə müqaviləni ləğv etdi. O vaxtdan Gürcüstan hakimiyyəti yeni investor axtarır.

"Anakliya limanı dövlətin iştirakı ilə tikiləcək. 51%-i dövlətə məxsus olacaq, qalanları üçün beynəlxalq müsabiqə elan edib tərəfdaşlar seçəcəyik", - deyə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır