Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Misirdən Türkiyə limanlarına 19 milyon tona yaxın yük daşınıb

2022-ci ilin yanvar-noyabr aylarında Misirdən Türk limanlarına 18 milyon 797 min 676 ton yük daşınıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Misirdən limanlara 2 milyon 583 min 276 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 16 milyon 173 min 155 ton yük çatdırıb.

Bu müddət ərzində Misir bayraqlı gəmilərlə Türkiyə limanlarına 41 min 245 ton yük çatdırılıb. 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanlarına Misirdən 1 milyon 620 min 453 ton tranzit yük daşınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır