Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Ümumdünya Meteorologiya Təşkilatı: Arktikada buzlar əriyir, gəmiçiliyin intensivliyi artır

Arktika — dünyada ən tez istiləşən regionlardan biridir, onun istiləşmə tempi dünya üzrə orta göstəricilərdən iki dəfə yüksəkdir. Ekstremal temperaturlar və davam edən iqlim dəyişməsi dənizdə buzların əriməsinə gətirib çıxarır, bu da Arktikanın bir çox rayonlarında gəmiçiliyin artmasına və şimalın ekosistemlərinin tənəzzülünə səbəb olur.

AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) Arktikanın vəziyyəti barədə məruzədən yeni məlumatları dərc edib.

2022-ci il üçün Arktika üzrə yeni məruzə 11 ölkədən olan 147 ekspert tərəfindən hazırlanıb. Məruzədə Arktikada iqlim dəyişmələri və onların ətraf mühit, ekosistemlər, iqtisadiyyat və yerli icmalara təsiri barədə qiymətli məlumat yer alıb.

Məruzənin əsas nəticələrinə əsasən, 2021-ci il oktyabr ayından 2022-ci il sentyabr ayınadək olan dövrdə Arktikada yer qatına yaxın orta illik temperatur müşahidələrin tarixində ən yüksək altıncı göstərici olub, bu da buz örtüyünün qalınlığı və sahəsinin azalmasına gətirir.

Cari ildə arktik dəniz buzunun örtüyünün uzunluğu son illərlə müqayisədə daha yüksək idi, lakin o yenə də orta çoxillik göstərici ilə müqayisədə çox aşağı olaraq qalır.

Şimal Qütb yaxınlığında yayın əksər hissəsi su əmələ gəlirdi, bu da turist və tədqiqat gəmiləri üçün yüngül çıxışı təmin edirdi. Bir çox sahələrdə, həmçinin Şimal dəniz yolu və Şimal-Qərb keçidi açılıb.

Gəmilərin hərəkəti barədə peyk müşahidələrindən istifadə etməklə əldə edilmiş məlumatları araşdıraraq, alimlər Arktikanın bütün sahilyanı ölkələrinin akvatoriyalarında gəmiçiliyin artmasını müəyyən ediblər.

Hərəkətin ən əhəmiyyətli dərəcədə artması Sakit okeandan Berinq boğazı və Bofort dənizi vasitəsilə üzən gəmilərə təsadüf edir. Bu, bir tərəfdən, yeni ticarət yollarının istifadə edilməsi ilə əlaqədar olaraq iqtisadi imkanlar açır, lakin, digər tərəfdən, Arktika sakinləri və ekosistemlərinə antropogen yük yaradır.

Məruzədə deyilir ki, Arktikada baş verən ekoloji dəyişikliklər bütün dünya ictimaiyyətinə təsir edir, lakin ən yüksək dərəcədə regionun özünün sakinləri əziyyət çəkir. Arktikanın yerli xalqları ətraf mühitin dəyişməsinə uyğunlaşmağa məcburdurlar.

Məruzənin müəllifləri qeyd edirlər ki, Arktikanın əsas problemləri əsasən istixana qazlarının həcminin artması nəticəsində yaranan iqlim dəyişməsi ilə bağlıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır