Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“ONE” üç konteyner terminalı alır

Yaponiyanın konteyner daşıyıcısı “Ocean Network Express” (“ONE”, “JV MOL”, “NYK”, “K-Line”) hazırda “Mitsui O.S.K. Lines, Ltd.” (“MOL”) və “Nippon Yusen Kabushiki Kaisha”-ya (“NYK”) məxsus olan “TraPac LLC” (“TraPac”) və “Yusen Terminals LLC” (“YTI”) şirkətlərində 51% pay almaq üçün müqavilələr imzalayıb.

“Seanews.az”ın məlumatına görə, “TraPac” Los Anceles və Oklend limanlarında konteyner terminallarında yükdaşıma xidmətləri göstərən konteyner terminalı operatoru və stividor şirkətidir. “YTI” stividor şirkəti Los-Ancelesdə konteyner terminalı işlədir.

Aktivin alınması əsas şirkətlərin konteyner daşımaları biznesinin “ONE”-nin fəaliyyətinə inteqrasiyası proqramının bir hissəsi kimi həyata keçirilir. Konteyner terminallarının alınması “ONE”-a əsas və strateji mərkəzlərdə terminal tutumuna çıxışı təmin edəcək, inkişaf planlarına imkan verəcək və müştəri xidməti portfelini genişləndirəcək.

Satınalma müvafiq orqanlar tərəfindən razılaşdırılmalıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır