Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Hayfa limanının özəlləşdirilməsi layihəsi təsdiqlənib

İsrailin maliyyə naziri Aviqdor Liberman və nəqliyyat naziri Merav Mixaeli 2022-ci il dekabrın 28-də Hayfa limanının özəlləşdirilməsi layihəsini təsdiqləyib.

Bu barədə “Jerusalem Post” məlumat yayıb.

Hayfa limanında dövlətə məxsus 4,1 milyardşekel payı“Gadot Chemicals Tankers & Terminals Ltd” və Hindistan operatoru “Adani Ports & Special Economic Zone Ltd” şirkətlərinin daxil olduğu qrupa satılacaq.

İlk dəfə limanın özəlləşdirilməsi ilə bağlı qərar ölkə hakimiyyəti tərəfindən 2003-cü ildə İsrailin dəniz limanlarında islahatlar planı çərçivəsində qəbul edilib. İsrailin ingilisdilli qəzetinin saytında verilən məlumata görə, plan limanlarda rəqabəti artırmaq və onların səmərəliliyinə nail olmaq məqsədi daşıyır.

Daha əvvəl bildirilmişdi ki, “Adani Ports” səhmlərin 70%-nə, qalan 30%-nə isə İsrailin “Gadot”-u sahib olacaq. Müqavilə 1,18 milyard dollar dəyərində qiymətləndirilib.

Hindistanın ən böyük şaxələnmiş liman operatoru “Adani Ports & Special Economic Zone Ltd” (“APSE.NS”) “Adani Group”-a daxildir.  “Adani Group” Mundra və Dahej (Hindistan) və Abbot Point (Avstraliya) limanlarında terminallara sahibdir və onları idarə edir, Hazira, Mormugao, Visakhapatnam və Kandla (Hindistan) və Dudgeon Point (Avstraliya) da terminallar tikilir. “Adani Group” kömür və qaz istehsalı və satışı, logistika və enerji sahələrində fəaliyyət göstərir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır