Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Rostov gömrükçüləri İsraildən gələn gəmidə 31 ton qanunsuz yanacaq aşkar ediblər

İsrailin Hayfa limanından gələn gəmidə 31 ton qeyri-qanuni daşınan yanacaq aşkar olunub.

Cənub Gömrük İdarəsinin mətbuat xidmətinin məlumatında belə deyilir. 

Gəmi gömrük əməliyyatları üçün Rostov-Don limanına gəlib. Birgə nəzarət zamanı Rostov-Don çay limanı gömrük postunun, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Rostov vilayəti üzrə Sərhəd İdarəsinin və Rostov Gömrük İdarəsinin əməliyyat-axtarış departamentinin əməkdaşları daşıyıcı tərəfindən bəyan edilmiş yanacaqla faktiki yanacaq arasında uyğunsuzluq aşkar ediblər. Adi yanacaq çənlərini yoxlayarkən məlum olub ki, onlarda bəyan ediləndən xeyli çox yanacaq var.

Bundan əlavə, bəzi çənlərdə xüsusi cihazlar quraşdırılıb ki, bu da yanacağın faktiki həcminin ölçülməsini çətinləşdirir.

İnzibati xətalarla bağlı işlərə başlanıb.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır