Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Keçən il avqustun 1-dən Ukrayna limanlarından 626 gəmi yola salınıb

“Taxıl müqaviləsi”ndə iştirak edən altı gəmi ümumilikdə 355 min ton kənd təsərrüfatı məhsulları ilə  Ukraynanın Odessa, Yujnı və Çernomorsk limanlarını tərk edib.

2022-ci il avqustun 1-dən “taxıl sazişi”nin icrasına başlanandan bu günədək ərzaq məhsulları ilə 626 gəmi Ukrayna limanlarından yola salınıb.

Həmin gəmilərin anbarlarında Asiya, Avropa və Afrika ölkələri üçün 16,8 milyon ton kənd təsərrüfatı məhsulları olub.

Bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb.

Hazırda ölkənin limanlarında 282 min ton Ukrayna kənd təsərrüfatı məhsulları 13 gəmiyə yüklənir. Limanlar “taxıl dəhlizi” ilə hərəkət edən daha altı gəmini qəbul etməyə hazırlaşır.

Boğazda 102 gəmi Birgə Koordinasiya Mərkəzinin yoxlamasını gözləyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır