Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

İlk LNG yükü Vilhelmshaven limanındakı yeni terminala çatdırılıb

“Uniper” Almaniyanın ilk tam mayeləşdirilmiş təbii qazı (LNG) Vilhelmshaven limanında “Uniper” tərəfindən idarə olunan yeni LNG terminalına çatdırıb.

“Seanews.az”ın məlumatına görə,  “Maria Energy LNG” gəmisində 170 min kubmetr LNG var ki, bu da təxminən 50 000 alman ailəsini bir il ərzində elektrik enerjisi ilə təmin etmək üçün kifayətdir.

“LNG-nin Vilhelmshavendəki “Uniper” terminalına uğurla çatdırılması “Uniper”, “Venture Global” və “Tsakos Energy Navigation” şirkətləri arasında etibarlı tərəfdaşlığın sübutudur. LNG-dən enerji mənbəyi kimi istifadəsi Almaniya və Avropanın fasiləsiz təchizatı üçün çox vacibdir. Biz Avropa bazarına və xüsusən də Wilhelmshaven və Brunsbütteldəki Regas terminalları vasitəsilə Almaniyaya daha çox LNG tədarük etməklə üzərimizə düşən işi yerinə yetirməyi hədəfləyirik”, - deyə “Uniper” şirkətinin baş kommersiya direktoru Niek den Hollander bildirib.

Qeyd edək ki, “Maria Energy” gəmisi ilə gətirilən LNG yükü Vilhelmshavendəki terminalın istismara verilməsi prosesinin bir hissəsidir. Vilhelmshaven terminalının kommersiya istismarına 2023-cü il yanvarın ortalarında başlanması gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır