Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

LNG terminalının işə salınması yenə təxirə salına bilər

“Freeport LNG” şirkəti ABŞ-ın Texas ştatında təmir edilmiş LNG terminalının istismara verilməsini fevral ayına qədər təxirə salına biləcəyini istisna etmir. 2022-ci ilin iyununda baş verən qəzadan sonra terminalda iş dayandırılmışdı.

“Reuters” agentliyinin məlumatına görə, gecikmə tənzimləyicilərdən razılığın gözlənilməsi ilə bağlıdır.

“Heç bir rəsmi açıqlama verilməyib, lakin heç kim ən azı fevralın sonuna qədər hər hansı yük gözləmir”, - deyə agentlik mənbələrdən birinə istinadən yazıb.

Terminalın yenidən işə  başlama tarixi bir neçə dəfə təxirə salınıb. Əvvəlcə şirkət oktyabr ayında LNG terminalının fəaliyyətini qismən bərpa edəcəyinə ümid edirdi və 2022-ci ilin sonuna qədər tam gücə çatacağını gözləyirdi. Sonra bu tarixlər noyabrın əvvəlinə və ya ortasına köçürüldü. Dekabrın ortalarında şirkət yenidən işə salınmanın 2023-cü il yanvarın ikinci yarısından gec olmayaraq gözlənildiyini açıqladı.

Xatırladaq ki, 2022-ci il iyunun əvvəlində Texas ştatındakı “Freeport LNG” şirkətinin  LNG terminalında baş verən yanğın partlayışla nəticələnmişdi. Fövqəladə vəziyyətlə əlaqədar terminalın fəaliyyəti dayandırıldı. “Freeport LNG” müəssisələrinin gücü ABŞ-ın ümumi ixracının 16%-ni əhatə edir. Bu, ildə təxminən 15 milyon ton LNG deməkdir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır