Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

Avropa limanlarına 80 milyard avro sərmayə qoyulacaq

Avropa liman səlahiyyətliləri liman təsərrüfatına, yükaşırma müəssisələrinin davamlı inkişafına və enerji keçidinə 10 il ərzində (2034-cü ilə qədər) 80 milyard avro sərmayə qoymalıdırlar.

“Seanews.az” xəbər verir ki, belə qənaətə Avropa Dəniz Limanları Təşkilatının (ESPO) 2024-cü il üçün hesabatında gəliblər. Tədqiqatının nəticələri Parisdə keçirilən illik ESPO konfransında (“Port Investment Study 2024”) təqdim olunub.

Tədqiqat doktor Piter de Langen tərəfindən ESPO-nun nümayəndələri ilə əməkdaşlıqda 84 Avropa liman idarəçiliyinin investisiya ehtiyaclarının təhlilinə əsaslanmaqla hazırlanmışdır.

Hesabatda xüsusilə vurğulanır ki, yükaşırma müəssisələrinin əsas infrastrukturunun inkişafına və onun müasir səviyyədə saxlanmasına sərmayə qoymaqla yanaşı, liman rəhbərləri aşağı gəlirliyi ilə xarakterizə olunan sosial layihələrə getdikcə daha çox sərmayə qoyurlar və bu səbəbdən limanların Aİ-nin maliyyə dəstəyinə ehtiyacı var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır