Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Rusiyada sərnişin gəmisində yanğın baş verib

Rusiyanın Volqa bölgəsində yerləşən tərsanələrin birində təmir olunan  sərnişin gəmisi «Святая Русь» da yanğın baş verib.

"Seanews.az" xəbər verir ki, dərhal gəmiyə kömək üçün canlı qüvvə və texnika cəlb edilib. Yanğının söndürülməsi iki saata mümkün olub.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən ilk açıqlamada bildirilib ki, yanğın zamanı gəmidə təxminən 10 nəfər olub. Onlar gəmidən çıxa biliblər, lakin maşın şöbəsinə böyük zərər dəyib.

Hadisənin baş vermə səbəbi bilinmir, hazırda bu istiqamətdə araşdırma aparılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır