Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

class="content-title">Çinin patrul gəmiləri Yaponiya ərazisinə daxil olub

Çinin 4 patrul gəmisi Şərqi Çin dənizində, Senkaku adaları yaxınlığında Yaponiyaya məxsus ərazi sularına daxil olub.

AZƏRTAC Yaponiya Sahil Mühafizəsi Xidmətinə istinadla xəbər verir ki, Çin gəmiləri Uotsuri adası yaxınlığındakı ərazi sularına sentyabrın 16-da səhər saat 10:10-da daxil olub. Sahil mühafizəsi gəmilərdən ərazini dərhal tərk etməyi tələb edib.

Çin gəmilərinin adanın ətrafındakı sularda təqribən 1 saat yarım qaldığı və günortaya yaxın Yaponiya ərazisini tərk etdiyi bildirilir.

Sonuncu dəfə Çinin patrul gəmiləri Senkaku adaları yaxınlığındakı əraziyə avqustun 29-da daxil olmuşdu.

Qeyd edək ki, Senkaku adaları Yaponiyanın nəzarəti altındadır. Yaponiya hökumətinin mövqeyinə əsasən, bu adalar ölkənin ayrılmaz tərkib hissəsidir. Buna baxmayaraq, Çin və Tayvan da həmin adalara iddialıdırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır