Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Avtomobil daşımaq üçün nəzərdə tutulmayan gəmi avtomobil də daşıyacaq

Balkeri avtomobil daşıyıcısına çevirmək olar. Necə?

“Seanews.az”-ın məlumatına görə, bu suala  “COSCO” gəmiçilik şirkətində cavab tapılıb.

Belə ki, ixtisaslaşdırılmış tonaj çatışmazlığı və nəticədə avtomobil daşıyıcıları üçün tariflərin artması səbəbindən “COSCO” avtomobillərin daşınması üçün qeyri-ixtisaslaşdırılmış gəmilərdən istifadə etmək qərarına gəlib. Və deyəsən heç də pis fikirləşməyiblər… 

“COSCO” şirkəti avtomobil daşımaq üçün nəzərdə tutulmayan gəmilərdə avtomobillərin daşınması üçün yığıla bilən dayaq hazırlayıb.

Dalyandakı “COSCO” tərsanəsində inşa edilən və bu ay sifarişçiyə təhvil verilən “COSCO Shipping Wisdom” yeni quru yük gəmisi yeni yüklə ilk səfərinə çıxıb.

Rəflər anbarlarda quraşdırılır. “COSCO Shipping Wisdom” gəmisində bu rəflər  72,5 min kubmetr tutuma malikdir. Belə rəflər üçün ideal həcmdir.

İçərisində avtomobillər olan rəflər gəmiyə yüklənir və konteyner yayıcılardan istifadə edərək anbarlardan boşaldılır.

Dedveyti 62 min ton olan “COSCO Shipping Wisdom” gəmisi Taysang limanından Cənubi Amerikaya 1100 avtomobil çatdıracaq. Qayıdış səfərində isə gəmi göyərtəsinə sellüloza götürəcək.

Yeni xidmətə “COSCO” gəmiçilik şirkətinin digər yeni gəmilərinin də cəlb olunacağı gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır