Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

ASCO “PS 173” gəmisinin sərnişinləri və heyətinin xilas edilməsində fədakarlıq göstərən CMS şirkətinə və onun əməkdaşlarına təşəkkür edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 26 yanvar 2024-cü il tarixində Xəzər dənizinin Bulla rayonu ərazisində “PS 173”  gəmisinin heyət üzvlərinin və sərnişinlərinin xilas edilməsində iştirak etdiklərinə görə CMS şirkətinin rəhbərliyinə, şirkətə məxsus “Qız Qalası” və “Qobustan” gəmilərinin heyət üzvlərinə təşəkkür edib.

Bununla əlaqədar keçirilən tədbirdə hər iki gəminin heyət üzvlərinə ASCO adından “Təşəkkürnamə”, eləcə də ASCO və CMS adından hədiyyə təqdim olunub.

ASCO-nun Dayanıqlılıq və emissiyaların idarəedilməsi üzrə direktoru Ələkbər Əzizli “Qız Qalası” və “Qobustan” gəmilərinin heyət üzvlərinin fədakarlığının ASCO rəhbərliyi və əməkdaşları tərəfindən yüksək qiymətləndirildiyini deyib. O, göstərdikləri təxirəsalınmaz və peşəkar yardıma görə bu əməliyyatda iştirak edən hər bir dənizçiyə ASCO ailəsi adından minnətdarlığını bildirib.

Təltif olunan dənizçilər öz növbələrində göstərdikləri köməyin hər şeydən öncə insanlıq borcu olduğunu bildirib və diqqətə görə təşəkür ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır