Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Rotterdam limanına baş direktor təyin edilib

2024-cü il fevralın 1-dən Budeviyn Simons Rotterdam limanının baş direktoru təyin olunub.

“Seanews.az” xəbər verir ki, B. Simons Rotterdam Limanları İdarəsinin səhmdarları - Rotterdam şəhərinin bələdiyyəsi və Niderland Krallığı hökuməti tərəfindən 4 il müddətinə təyin edilib.

B. Simons 2020-ci ildə Rotterdam liman idarəsinin ailəsinə qoşulub. Əvvəllər o, “Royal Vopak”-ın Amerika bölməsinin prezidenti vəzifəsində çalışıb. O, 2006-cı ildən “Vopak”-da işləyib, şirkətin Avropa, Asiya və Yaxın Şərqdəki regional ofislərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Buna kimi isə, yəni 1998-2006-cı illərdə “Royal VolkerWessels”-də işləyib.

1987-1998-ci illərdə B. Simons Niderland Kral Dəniz Qüvvələrində xidmət edib, Delft Texniki Universitetində və Kral Dəniz İnstitutunda təhsil alıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır