Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Beynəlxalq Gəmiçilik Palatası IMO-ya Sıfır Emissiyalı Gəmiçilik Fondu yaratmaq barədə təklif verib

Beynəlxalq Gəmiçilik Palatası (ICS) qlobal gəmiçilik tənzimləyicisi Beynəlxalq Dəniz Təşkilatına (IMO) Sıfır Emissiyalı Gəmiçilik Fondu yaratmaq barədə təklif verib.

“Seanews.az” xəbər verir ki, təklif Yaponiya hökumətinin irəli sürdüyü rüsumlar konsepsiyasına və Avropa Birliyi dövlətlərinin qlobal sabit tarifli töhfə sistemi dəstəyinə əsaslanır. Yenilənmiş təklifdə toplanan milyardlarla dolların necə bölüşdürüləcəyinə də aydınlıq gətirilir.

Sıfır Emissiyalı Gəmiçilik Fondu ideyası və ödəniş mexanizmi IMO-ya üzv dövlətlər tərəfindən mart ayında istixana qazı emissiyaları üzrə danışıqların növbəti raundunda nəzərdən keçiriləcək.

IMO-nun üzv ölkələrin hökumətləri razılaşarsa, Sıfır Emissiyalı Gəmiçilik Fondu 2025-ci ildə təsdiq oluna bilər.

Təklif sıfır və sıfra yaxın gəmi yanacaqlarının istehsalına dəstək və bütün dünyada inkişaf etməkdə olan ölkələrin limanlarında yeni bunker infrastrukturunun yaradılması, həmçinin yeni yanacaqlardan təhlükəsiz istifadə üzrə təlimlərə dəstək daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır