Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirində ASCO-nun komandası növbəti qələbəsini qazanıb

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında keçirilən II minifutbol turnirinin IX turunun oyunları baş tutub.

D qrupunda mübarizə aparan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) futbol komandasının rəqibi bu dəfə ANAMA-nın futbolçuları olublar.

Qarşılaşma 10-0 hesabı ilə ASCO-nun qələbəsi ilə başa çatıb. Beləliklə, dənizçilər turnir çərçivəsində dördüncü qələbəsini qazanıblar.

Məlumat üçün bildirək ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə təşkil edilən yarışda 52 dövlət qurumu mübarizə aparır. Oyunlar 2024-cü il mayın 6-dək davam edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır