Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

2024-cü ildə rekord sayda LNG daşıyıcısı sifarişçiyə təhvil veriləcək

2024-cü ildə dünyada ümumi tutumu 14,9 milyon kubmetr olan 89 LNG qaz daşıyıcısının istismara verilməsi planlaşdırır.

“Seanews.az” “Clarkson Research”-a istinadən xəbər verir ki, bu, son 10 ildəki orta göstəricidən 50% və 2021-ci ildə qeydə alınan rekorddan isə 48% yüksəkdir. Onda ümumi tutumu 10,1 milyon kubmetr olan LNG qaz daşıyıcıları istifadəyə verilmişdi.

2025-ci ildə LNG qazdaşıyıcı donanmasının daşıma qabiliyyətinə daha 14,5 milyon kubmetr, 2026-2027-ci illərdə isə 22,9 milyon kubmetr (və ya 131 gəmi) əlavə ediləcəyi gözlənilir.

LNG qaz daşıyıcısı sektoru çatdırılma dərəcələrinə görə konteyner gəmiləri seqmentindən sonra ikinci yerdədir.

BIMCO-nun məlumatına görə, bu il ümumi tutumu 3,1 milyon TEU olan 478 konteyner gəmisinin təhvil verilməsi nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır