Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

IMO gəmilərdən emissiyaların azaldılması üçün ortamüddətli tədbirlər görür

Beynəlxalq Dəniz Təşkilatı (IMO) gəmiçilik sənayesinə beynəlxalq donanmasından xalis sıfır istixana qazı emissiyalarına nail olmaq üçün ortamüddətli tədbirlər hazırlayır. Tədbirlər IMO-nun Dəniz Ətraf Mühitin Mühafizəsi Komitəsinin 81-ci sessiyası çərçivəsində müzakirə edilib.

“Seanews.az” xəbər verir ki, bu barədə İMO-nun mətbuat xidməti məlumat yayıb. 

Təklif olunan variantlar arasında bunker yanacağı üçün beynəlxalq standartın yaradılması, gəmilərdən atılan istixana qazlarının maya dəyərinin hesablanması üzrə qlobal mexanizmin müəyyən edilməsi və s.  olub.

“Məqsəd müxtəlif ölkələrdəki müxtəlif şərtləri nəzərə alaraq 2050-ci ilədək təmiz, sıfır emissiyasız daşımalara ədalətli keçidi təmin etməkdir”, - deyə bildirilir.

Bundan əlavə, IMO Komitəsi dəniz yanacaqlarının bütün həyat dövrü ərzində istixana qazı emissiyalarının intensivliyinin təhlili üçün yenilənmiş tövsiyələri qəbul etmişdir. Bu tövsiyələrin yanacağın bütün istifadə mərhələlərində atmosferə buraxılan qazların ümumi miqdarını hesablamağa imkan verəcəyi gözlənilir.

81-ci sessiyanın digər məsələlərinə gəmilərin enerji səmərəliliyi, dəniz tullantıları ilə mübarizə, ballast sularının idarə edilməsi, regional emissiyaya nəzarət zonalarının təsdiqi, köhnə gəmilərin təkrar emalı və sualtı səs-küyün azaldılması və sair daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır