• Bakı, 2019-10-23,
Seanews
Heyder Eliyev

ker hər an partlaya bi

Saya oturan və göyərtəsində min tona yaxın neft məhsulları olan “Araks” tankeri hər an partlaya bilər. Bu haqqda xüsusi ekspert komissiyası həyəcan təbili çalır. Gəmiyə baxış keçirən dalğıcların sözlərinə görə, isti hava şəraitində gəminin göyərtəsində bir növ təbii krekinq prossesi gedir. Bu da partlayışa səbəb ola bilər. Xatırladaq ki, tanker ötən il noyabrın 5-də saya oturub və bu günə kimi gəmini saydan çıxartmaq mümkün olmayıb. Ekspertlərin məruzəsində o da qeyd olunur ki, sahilə yaxın yerdə dayandığından bəzən balıqçılar gəminin göyərtəsinə çıxırlar. Bu da onların həyatı üçün təhlükə yaradır. Hazırda kənar şəxslərin tankerə girməməsi üçün yaxınlıqda mühafizə postları yaradılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır