Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

İkinci Dünya müharibəsində batan gəmi tapılıb

Amerikalı tədqiqatçılar İkinci Dünya müharibəsi zamanı Sakit Okean akvatoriyasında ilk döyüş tapşırığını yerinə yetirərkən batan “USS Grunion” sualtı qayığın bir parçasını tapıblar.

Tədqiqatçılar sualtı gəminin Aleut adaları sahillərindən 820 metr dərinlikdə batdığını bildiriblər.

Gəmi batan zaman göyərtəsində 70 ekipaj üzvü olub və onların hamısı ölüb.

 “Lost 52” layihəsi çərçivəsində sualtı nəqliyyat vasitələrindən istifadə olunaraq “USS Grunion”un bir parçası aşkarlanıb.

Qeyd edək ki, “USS Grunion” sualtı qayığı 1942-ci ilin 11 aprelində suya buraxılıb. O, həmin ilin iyun ayında Berinq dənizi ilə həmsərhəd olan Aleut adalarına göndərilib.

Sualtı qayıq Yaponiyaya məxsus iki patrul qayığını batırmağa müvəffəq olub. Bundan sonra isə Holland Harbora (Alyaska) geri çağrılıb. Lakin sualtı qayıq yolda itib. 1942-ci ilin 5 oktyabrında itmiş gəmi siyahısına əlavə olunub.

Oxu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır