Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Rusiya hərbi dəniz donanması zabitinin 50 il əvvəl yazıb şüşəyə qoyduğu məktub tapılıb

ABŞ-ın Alyaska Ştatında Rusiya hərbi dəniz donanması zabitlərindən biri tərəfindən 50 il əvvəl yazılıb şüşəyə qoyulan məktub tapılıb.

Şüşəni Şişmaref şəhərində ovçuluq üçün odun və ağac yığan Tyler İvanoff aşkarlayıb.  Rus dilində yazılmış məktubu oxuya bilməyən İvanoff onu sosial media hesabında paylaşıb. Məlum olub ki, məktub 1969-cu ilin 20 iyununda rus zabit Anatoly Botsanenko tərəfindən yazılıb.

Hadisədən xəbər tutan Rusiyanın "Rusiya-1" dövlət kanalı məktubun sahibi Botsanenkonu tapıb. Botsanenko məktubun özünə aid olduğuna şübhə ilə yanaşıb, ancaq imzasını görəndən sonra inanıb.

O, məktubu yazarkən 36 yaşında olduğunu, həmin vaxt Sulak adlı gəmidə işlədiyini bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır