Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Türkiyə Dəniz Canlıları Müzeyini hər gün təxminən 2 min nəfər ziyarət edir

İstanbulda yerləşən Türkiyə Dəniz Canlıları Müzeyininin ziyarətçiləri çoxalıb. Bu barədə müzeyin yaradıcısı məşhur balıqçı Kənan Balcı məlumat verib. 

Kənan Balcı bildirib ki, yay tətilinə görə müzeyə gələnlərin sayı daha da artıb: "Ailələri ilə birlikdə buranı ziyarət edən uşaqlar təəccüblərini gizlədə bilmirlər. Gündəlik təxminən iki min nəfəri qəbul edirik. Bu, bizi xoşbəxt edir". 

Yarım əsrdir, müzey üçün minlərlə canlını mumyaladıqlarını deyən Balcı müzeyin təməlinin bir kiçik balıqla qoyulduğunu söyləyir: "Biz bugün varıq, sabah yoxuq. Amma bu müzeyin mövcud olması üçün əlimizdən gələni etdik və edəcəyik". 

 "Müstərilərimiz canlıların taxtadan olduğunu düşünürlər. Amma onlar tamamilə gerçəkdirlər. Dənizlərimzdən çıxan canlılardır. Maraqlanan hər kəsi bu qeyri-adi və həyəcan dolu müzeyimizdə gözləyirik. Ziyarət pulsuzdur." 

"Mumyalara baxan ziyarətçilər daha sonra kiçik dostlar cənnətini gəzib oradakı heyvanları da bəsləyə bilirlər.  Burada dovşan, tovuzquşu, keçi, ördək kimi heyvanlar var. Məqsədimiz uşaqlara heyvan sevgisini aşılmaqdır". 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır