Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

II Yelizaveta “Queen Elizabeth” gəmisinin dənizçilərini təbrik edib

Böyük Britaniya kraliçası II Yelizaveta Böyük Britaniyanın hərbi dəniz qüvvələrinin flaqmanı olan “Queen Elizabet” təyyarədaşıyanın şəxsi heyətini Böyük Britaniya gəmilərinin İkinci Dünya müharibəsindən sonra ən uzun səfərinin başa çatması münasibətilə təbrik edib.

“Seanews.az” xəbər verir ki, bu barədə cümə günü “Daily Telegraph” qəzeti məlumat yayıb.

Yaponiya, Cənubi Koreya və Sinqapur limanlarına yan almaqla təxminən  49 min mil (78,8 min km) qət edən təyyarədaşıyan 7 aylıq səfərdən sonra Portsmutdakı bazasına qayıdıb.

Əlahəzrət hərbi donanmanın dənizçilərinə göndərdiyi açıq məktubda qrupun missiyasını "digər dövlətlərlə əlaqələr qurmaq" kimi mühüm missiya adlandırıb. "Yeddi aylıq səfəriniz ərzində Böyük Britaniya ilə iyirmidən çox ölkə arasında münasibətlərin qurulması üçün gördüyünüz mühüm işlər haqqında eşitməkdən məmnun oldum",- deyə Kraliça qeyd edib.

II Yelizaveta qrupun bütün 3700 dənizçisinə " Milad bayramını ailələri ilə birlikdə  çox xoş keçirməyi" arzulayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır