Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Xeopsun Qayıq Muzeyi sökülüb

Qədim Misir ehramlarının yerləşdiyi Gizaya gələn turistlər onilliklər boyu mövcud olmuş Xeopsun Qayıq Muzeyinin sökülməsi nəticəsində Böyük Xeops ehramının cənub mənzərəsini tam şəkildə görə biliblər. Bu muzey dünyanın yeddi möcüzəsindən birinin ümumi görünüşünə xələl gətirirdi.

AZƏRTAC xəbər verir ki, Xeopsun Qayıq Muzeyi 1982-ci ildə böyük ehramın cənub tərəfində tikilmişdi. Burada firon Xeopsun 1954-cü ildə tapılan qayığı nümayiş etdirilirdi. Misirin Antik Abidələr Ali Şurasının baş katibi Mustafa Vəziri jurnalistlərə müsahibəsində bildirib ki, muzeyin sökülməsi təkcə ehramın mənzərəsinə xələl gətirdiyi üçün deyil, həm də onun içərisindəki qayığın ötən il açılışı olmuş Böyük Misir Muzeyinə köçürülməsi ilə bağlıdır. O əlavə edib ki, Xeopsun qayığı bəşər tarixində ən böyük, qədim və əhəmiyyətli taxta antikvarlardan biridir və onun köçürülməsi əməliyyatı üç gün davam edib.

Arxeoloqlar Xeopsun qayığının əvvəlki muzeydə tezliklə çürüməyə məruz qalacağı barədə xəbərdarlıq etmişdilər. M.Vəziri deyib ki, Böyük Misir Muzeyində bu unikal tarixi abidə daha yaxşı şəraitdə saxlanılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır