Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Yeni superyaxta ilk səfərinə martda çıxacaq

“Emerald Cruises” şirkəti yeni “Emerald Azzurra” superyaxtasını donanmasına qəbul edib.

“Seanews.az” xəbər verir ki, Vyetnamda inşa edilən və 100 sərnişin üçün nəzərdə tutulan yeni yaxta ilk səfərinə martın 11-də çıxacaq.

“Bu yaxta digər kiçik gəmilərdən fərqli olaraq göyərtəsindəki dəbdəbəli şəraiti ilə qonaqları təzə yerlərə  aparacaq yeni nəsil kruiz gəmilərini təmsil edir. Biz əminik ki, o, bütün ümidləri doğruldacaq”, –  deyə “Scenic Group”-un (o cümlədən “Emerald Cruises” və “Scenic Luxury Cruises & Tours” da daxil olmaqla) təsisçisi və sədri Qlen Moroni bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır