Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Dənizçilər arasında keçirilən üzgüçülük turnirinin qalibləri məlum olub

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) işçiləri və struktura daxil olan digər əməkdaşlar arasında üzgüçülük turniri keçirilib.

ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin təşkilatçılığı ilə baş tutan yarışda ümumilikdə 25 nəfər dənizçi iştirak edib. Yarış  ASCO-nun Təlim Tədris Mərkəzində baş tutub.

Turnirdə “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun əməkdaşı Rauf Kazımov birinci, Xəzər Dəniz Neft Donanmasının əməkdaşı Rəşad Məmmədov ikinci, İstehsalat Xidmətləri İdarəsininin əməkdaşı Orxan Nəcəfov üçüncü yerə çıxıb. Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.

Üzgüçülük turnirinin keçirilməsində məqsəd dənizçilərin sağlamlığını möhkəmləndirmək, onları bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etməklə asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, eləcə də ən yaxşı idman kollektivlərini müəyyənləşdirməkdən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır