Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

“Dəniz” qəzetinin növbəti –  30 avqust 2019-cu il tarixli nömrəsi işıq üzü görüb.

Bu sayda Gürcüstanın paytaxtı Tbilisidə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin işçi qrupunun iclasında müzakirə olunan məsələlərin əhəmiyyətindən, nəqliyyat dəhlizlərinin  ölkəmizin iqtisadi imkanlarını genişləndirməsindən, “Xocalı” gəmisinin Xəzərdə üzməsindən, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə daşınan yüklərin təhlükəsizliyini və sərnişinlərin rahatlığını təmin etmək məqsədilə işçi qrupunun yaradılmasından, “Xəzər beşliyi”nin iqtisadiyyat nazirlərinin Həştərxanda keçirilməsi planlaşdırılan görüşündən, Azərbaycan Dövlət Dəniz Akademiyasına yüksək balla qəbul olunanların sayının ilbəil artmasından, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə çap olunan nəşrlərin Milli Kitabxanaya təqdim olunmasından,  vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsindən, dəniz və okeanların səviyyəsi artıqca suyun altında qalmaq təhlükəsi ilə üzləşən sahilyanı zonaların da çoxalmasından,  Xəzər bölgəsinin turistlərin sevimli məkanına çevriləcəyindən, dünyanın bütün əsas  dinlərinin tolerantlığı və ortaq humanizm ruhunda dinc birgə yaşamı dəstəkləməsindən, Aralın xilasının zəruriliyindən, doğma sahillərdən uzaqlarda üzən gəmilərimizin əsaslı təmirindən, dünya sularında baş verən qəzalardan, gəmiçiliklə bağlı yeniliklərdən... bəhs edən yazılarla tanış ola bilərsiniz.

Daha ətraflı BURADAN oxuya bilərsiniz.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır