• Bakı, 2019-09-18,
Seanews
Heyder Eliyev

ADDA-da “Gəmi sürücülüyü” fakültəsinin tərkibində “İngilis dili” kafedrasının təşkili barədə qərar qəbul olunub

Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi Şurasının 2019/2020-ci tədris ilində ilk iclası keçirilib.

Rektor Heydər Əsədov Elmi Şura üzvlərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edərək, ADDA-da tədris prosesinin bu il də ötən illərdə olduğu kimi yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.

Heydər Əsədov həmçinin qeyd edib ki, 2019-cu ildə ingilis dilində tədris aparılan ixtisasların və qrupların sayı artıb. Buna səbəb ADDA-nın məzunlarına nəinki ölkəmizdə, hətta xaricdə də tələbat yaranmasıdır. Rektor ingilis dilində tədrisin daha da təkmilləşdirilməsi üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğunu Elmi Şura üzvlərinin diqqətinə çatdırıb. Aparılan müzakirələrdən sonra “Gəmi sürücülüyü” fakültəsinin tərkibində “İngilis dili” kafedrasının təşkili barədə qərar qəbul olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır