• Bakı, 2019-10-23,
Seanews
Heyder Eliyev

ASCO-nun Təlim Tədris Mərkəzində nüfuzlu xarici şirkətlərin əməkdaşlarına təlim keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının tərkibində fəaliyyət göstərən Təlim Tədris Mərkəzində Total, Saipem, BP şirkətinin müxtəlif ölkələrdən olan nümayəndələrinin iştirakı ilə əsas təhlükəsizlik təlimi keçirilib.

Təlimi ASCO sədrinin müşaviri, uzun illər dənizdə çalışan, tanınmış kapitan Titos Giannakakis aparıb.

Təlim zamanı iştirakçılara təhlükəsizlik standartları, məqsəd və tələblər izah olunub.

5 günlük əsas təhlükəsizlik təlimi IMO Model Kurslarının 1.19, 1.20, 1.13, 1.21 təlimatlarına əsaslanır. 2010-cu ildə qəbul olunmuş yeni IMO tələblərinə əsasən bu təlim dəniz nəqliyyatı vasitələrində çalışan bütün dənizçilər üçün məcburidir.

Nəzəri və praktik məşğələlərdən ibarət olan təlim özündə  fərdi sağ qalma texnikası, yanğının qarşısının alınması və yanğınla mübarizə, ilk yardım, fərdi təhlükəsizlik və sosial məsuliyyət məsələlərini birləşdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır