Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Dənizçilər qaçqın və məcburi köçkün ailələrini sevindiriblər

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri tariximizin şanlı səhifələrindən olan Milli Qurtuluş Günü ərəfəsində ASCO-nun himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkiblər.

Dənizçilər əslən Xocalı, Kəlbəcər, Laçın, Ağdam, Şuşadan olan və Goranboy rayonunda müvəqqəti məskunlaşan  779 qaçqın və məcburi köçkün ailəsinə, ümumilikdə 3350 nəfərə zəruri ərzaq məhsullarından ibarət sovqat paylayıblar.

Sovqatlarını qəbul edən sakinlər onlara hər zaman göstərilən yüksək qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və ASCO-nun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır