Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Təyyarədaşıyan gəminin istismara verilməsi mərasimi keçiriləcək

Hindistanın Baş naziri Narendra Modinin sentyabrın 1-də Hindistanın özünün layihəsi və istehsalı olan ilk təyyarədaşıyan gəmisinin istismara verilməsini rəsmi şəkildə elan edəcəyi gözlənilir.

“Seanews.az”-ın məlumatına görə,“Vikrant”-ın istismara verilməsi mərasimi Hindistanın cənubundakı Koçin şəhərinin limanında keçiriləcək.

“Vikrant”ın tikintisi ilə Hindistan müstəqil olaraq təyyarədaşıyan gəmi layihələndirmək və inşa etmək imkanına malik ölkələr qrupuna qoşulub.

Gəmi inşaatçıları təyyarədaşıyanı  daha əvvəl, iyulun 29-da dənizçilərə təhvil veriblər.

Hindistan mətbuatının məlumatına görə, uzunluğu 262 metr olan təyyarədaşıyan gəminin yükqaldırma qabiliyyəti təxminən 45 min tondur, ümumi gücü 88 MVt olan dörd qaz turbini ilə təchiz edilib və maksimal sürəti 28 düyündür. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır