Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-18,
Seanews
Heyder Eliyev

“Northern Lights” dünyanın ilk kommersiya CO2 daşınması və saxlanması müqaviləsini imzalayıb

“Equinor”, “Shell” və “TotalEnergies” şirkətlərinin birgə müəssisəsi olan “Northern Lights”, “Yara” ilə dünyada ilk kommersiya CO2 nəqli və saxlama müqaviləsini imzalayıb. Bu, ağır sənayenin genişmiqyaslı dekarbonizasiyasının inkişafı üçün mühüm addımdır.

“Seanews.az” xəbər verir ki,  “Yara” və “Northern Lights” şirkətləri Niderlanddakı ammonyak və gübrə zavodundan CO2-nin daşınması və Norveç sahillərində dəniz dibinin altında daimi saxlanması üçün əsas kommersiya şərtləri barədə razılığa gəliblər.

Saziş 2050-ci ilə qədər tullantıların sıfır səviyyəsinə nail olmaq üçün çox vacibdir. CO2-nin saxlanması həm də bir çox sənaye sahələrində aşağı karbonlu xammal kimi çıxış edə bilən hidrogen və ammonyak istehsalı üçün ilkin şərtdir.

2025-ci ilin əvvəlindən Niderlandda 800 000 ton CO2 tutulacaq, sıxılacaq və mayeləşdiriləcək və sonra gəmi ilə Norveç kontinental şelfində dənizin 2600 metr dərinliyində yerləşən anbar terminalına daşınacaq. Dənizdə əhəmiyyətli saxlama imkanları var və “tərəfdaşlar “Sleipner” və “Snowit” yataqlarında CO2-nin tutulması və saxlanması üzrə illərlə təcrübəyə malikdirlər.

Layihənin birinci mərhələsi “Yara” tərəfindən alınan həcmlər sayəsində tam gücünə çatıb, ikinci mərhələnin“Northern Lights” ilə həyata keçirilməsi ümumi gücü ildə 5-6 milyon ton CO2-ə çatdıracaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır