Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq, qardaşlıq münasibətləri tarixi kökə malikdir. 44 günlük Vətən Müharibəsində dövlətlərimiz arasında bağlılıq dünyaya bir daha nümayiş olundu. Bu gün də qardaş ölkə Azərbaycana siyasi və mənəvi cəhətdən dəstək durur.

Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycan və Türkiyə arasında olan tarixi, mənəvi bağlılığı hər zaman önə çəkmişdir. Türkiyə liderlərilə hər bir görüşdə, çıxışlarında bu iki ölkənin xalqlarının milli və mədəni yaxınlıqlarının siyasi münasibətlərə də təsir göstərdiyini qeyd etmişdir. Ümummilli Lider Azərbaycanın XX əsrdə iki dəfə gərgin siyasi dəyişiklərə məruz qaldığını və hər zaman Türkiyə dövlətinin mənəvi dəstəyini hiss etdiyini aydın şəkildə bildirirdi. 1918-ci ildə Azərbaycanda ilk demokratik hökumət yarananda onu birinci tanıyan da və 1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə edəndə dünya dövlətləri içərisində ilk dəfə Azərbaycanın müstəqilliyini tanıyan da məhz Türkiyə olmuşdur. Dövlətlər arasında belə yaxınlıq, dostluq, qardaşlıq onların hər ikisinin möhkəmlənməsinə, inkişafına gətirib çıxarır.   

Ulu Öndər Heydər Əliyevin həllinə sülh yolu ilə çalışdığı Qarabağ münaqişəsi idi. Onun uzaqgörən siyasəti sayəsində bu istiqamətdə beynəlxalq təşkilatlar səviyyəsində bir neçə mühüm qərarların verilməsinə nail olunmuşdur. Lakin ermənipərəst qüvvələrin dəstəyi sayəsində həmin qərarların yerinə yetirilməsi illərlə yubandı.

Qarabağ münaqişəsinin ilk dövrlərində Azərbaycanın Sovetlər İttifaqının tərkibində olması Türkiyənin dövlət səviyyəsində birbaşa münasibət bildirməsinə mane olurdu. Lakin siyasi, elm və mədəniyyət xadimləri tərəfindən ölkəmizi müdafiə məqsədilə onların dünya miqyasında mənəvi dəstək olmasını Ulu Öndər Heydər Əliyev daim yüksək qiymətləndirmişdir.

Bu gün uzaqgörən siyasətçi Heydər Əliyevin siyasi kursunu oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Ümummilli Lider Heydər Əliyevin həllinə çalışdığı Qarabağ münaqişəsi 44 günlük Vətən Müharibəsində cənab Prezident İlham Əliyevin uğurlu siyasəti və Müzəffər Ordumuzun səyəsində öz həllini tapdı. Müharibə dövründə Azərbaycan Türkiyənin mənəvi dəstəyini hiss etdi.

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır