Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-17,
Seanews
Heyder Eliyev

Qürurla xatırladıqlarımızdan: Dənizçi Ağarza Eyvazov

Ağarza İbrahim oğlu Eyvazov 1929-cu il aprelin 29-da Bakı şəhərində anadan olub. 25 №-li məktəbdə təhsil alıb. 1946-cı ildə Bakı yunqa məktəbini əla qiymətlərlə bitirərək Bakı dəniz yolları məktəbinə daxil olub. Dördüncü mexanik kimi əmək fəaliyyətinə başlayıb. 1952-1958-ci illərdə “Profintern” tankerində dördüncü, üçüncü, ikinci mexanik kimi üzüb. 1958-1961-ci illərdə “Qudurmes” tankerində artıq böyük mexanik kimi çalışıb.

1961-ci ildə “Krasnoye Sormovo” zavodunda “Sovet Türkmənistanı” dizel-elektroxodunun tikintisinə nəzarət etmək üçün Qorki (Nijni Novqorod) şəhərinə ezam olunan qrupa başçılıq edib. Gəmi-bərə suya salındıqdan sonra baş mexaniki təyin edilib. Sonralar “Naxçıvan”, “Selinoqrad” gəmilərində böyük mexanik işləyib.

Ağarza Eyvazov hədsiz dərəcədə işgüzar, bacarıqlı dənizçi kimi tanınıb, hörmət qazanıb. Dörd dəfə - 1953, 1957, 1964, 1969-cu illərdə Xəzər Dəniz Gəmiçiliyinin, 1975-ci ildə SSRİ Dəniz Donanması Nazirliyinin “Ən yaxşı mexanik”i adına layiq görülüb. İqtisadi fayda verən neçə-neçə yeniliyin müəllifi - fəal səmərələşdirici olub. 1973-cü ildə istehsalatdan ayrılmadan Odessa Ali Dəniz Mühəndisləri Məktəbini bitirib. 

Böyük təşkilatçılıq qabiliyyəti, təsərrüfatçılıq məharəti nəzərə alınaraq Ağarza Eyvazov 1976-cı ildə Dəniz Nəqliyyatında Ticarət İdarəsinin rəisi təyin edilib və ömrünün sonunadək bu vəzifədə çalışıb.

Ağarza Eyvazovun əməyi yüksək dəyərləndirilib – 1966-cı ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, orden və medallarla təltif olunub.

Ağarza  İbrahim oğlu Eyvazov 1994-cü il sentyabr ayında 65 yaşında qəflətən vəfat edib.

 

Sevda Abdullayeva,

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin

İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır