Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-05,
Seanews
Heyder Eliyev

Hindistanda nüvə enerjisi ilə işləyən ikinci sualtı qayıq istismara verilib

Hindistan Hərbi Dəniz Qüvvələri nüvə enerjisi ilə işləyən “Arighat” sualtı qayığını istismara qəbul edib.

“Seanews.az”  xəbər verir ki, gəminin Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi mərasimi ölkənin müdafiə naziri Racnath Singh-in iştirakı ilə Visakhapatnam limanında keçirilib.

Müdafiə naziri mərasimdə deyib: “Arighat” Hindistanın nüvə triadasını daha da gücləndirəcək, regionda strateji tarazlığın və sülhün bərqərar olmasına kömək edəcək və ölkənin təhlükəsizliyi üçün mühüm rol oynayacaq”.

Sualtı qayığın inşası zamanı qabaqcıl layihə və istehsal texnologiyalarından, eləcə də gəmiqayırma sahəsində müasir nailiyyətlərdən istifadə olunub. Gəmi ən son raket və torpedo silahlarını daşıyır.

Yeni sualtı "Arighat" Hindistanda inşa edilən ikinci belə gəmidir. Bu sinifin ilk sualtı gəmisi “Arihant” 2016-cı ildə istismara verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır