

"Tersan" Cənubi Koreya üçün 221 milyon avroluq gəmi inşa edəcək
Türkiyənin “Tersan” tərsanəsi Cənubi Koreyanın “LS Marine Solution” şirkəti ilə təxminən 221 milyon avro (345,8 milyard Cənubi Koreya vonu) dəyərində 13 min ton yükgötürmə qabiliyyətinə malik kabeldöşəmə gəmisinin (CLV) inşası üçün müqavilə imzalayıb.
“Seanews.az” xəbər verir ki, bu gəmi kabel yükləmə gücü baxımından dünyanın ilk beş gəmisi sırasına daxil olacaq və Cənubi Koreyanın yeganə özəl HVDC (yüksək gərginlikli doğru cərəyan) montaj gəmisi statusunu qazanacaq.
18.800 ton ağırlığında olan bu yüksək texnologiyalı gəminin 2028-ci ilin birinci yarısında istismara veriləcəyi nəzərdə tutulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır