Konteynerdaşıyan gəmilər dünya limanlarında növbə gözləyir
Göyərtəsində 2.4 milyon TEU konteyner olan 376 gəmi limanlara yan almaq üçün növbələrdə vaxt itirir.
“Seanews.az” xəbər verir ki, növbə gözləyən konteynerdaşıyan gəmilərin əksəriyyəti Çin və ABŞ sahillərində yerləşir. Çindəki böyük limanların terminallarında işin bir müddət dayandırılması limanlarda sıxlığı daha da artırıb.
Məsələn, Ninbo-Çjouşan limanındakı Meyşan terminalı “COVİD-19”-a görə, keçən ay iki həftəlik karantinə bağlanmışdı. İyun ayında isə koronavirusun yayılması Jenşendəki Yantyan konteyner terminalının işini təxminən bir ay iflic etdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır