Batumi dəniz limanının yük dövriyyəsi 3,6 milyon tona çatıb
Gürcüstanın Batumi dəniz limanının yük dövriyyəsi 2024-cü ildə əvvəlki illə müqayisədə 9% artaraq 3,6 milyon ton təşkil edib.
“Seanews.az” liman administrasiyasına istinadən xəbər verir ki, quru yüklərin aşırılmasında 5,9% (1,8 milyon ton), neft və neft məhsullarının aşırılması isə 12,5% artım qeydə alınıb.
Ötən il konteyner dövriyyəsi 2023-cü illə müqayisədə 16,3% azalaraq 91,2 min TEU-ya düşüb.
Hesabat dövründə limana 552 gəmi yan alıb ki, bu da əvvəlki illə müqayisədə 6,9% azdır.
Qeyd edək ki, Batumi limanının quru yük terminalı ildə 2 milyon ton, neft terminalı 15 milyon ton, konteyner terminalı 200 min TEU yük aşıra bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır