Filippində gəminin yanması nəticəsində azı 12 nəfər ölüb
Filippində sərnişin gəmisində baş verən yanğın nəticəsində azı 12 nəfər ölüb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, yanğın zamanı gəmidə 200-ə yaxın sərnişin olub, onlardan 57-si xilas edilib, 14-ü xəstəxanaya yerləşdirilib. Ölənlər arasında üç uşaq var.
Sahil Mühafizə Xidməti itkin düşənlərin axtarışlarını davam etdirir.
Yanğının səbəbləri araşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır