Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

Karib dənizində 282 fut uzunluğundakı super-yaxta qəzaya uğrayıb

Karib dənizində 282 fut uzunluğundakı super-yaxta “Ecstasea” körpüyə çırpılıb.

Bu barədə “Daily Mail” video yayımlayıb.

Kadrlarda gəminin limana sürtünərək keçməsi və insanların qorxu içində kənara çəkilməsi görünür. Hadisəyə səbəb kimi havanın küləkli olması göstərilir.

Qəza ilə əlaqədar zərərçəkən olmayıb.

Qeyd edək ki, “Ecstasea” 2004-cü ildə İsrail əsilli rusiyalı milyarder Roman Abramoviç üçün sifariş edilmişdi. Super-yaxta Hollandiyanın standartdankənar layihələri ilə tanınan gəmiqayırma zavodu tərəfindən inşa edilib. O dövrdə bu, qrup tərəfindən qurulmuş ən böyük gəmi idi.

2009-cu ildə Abramoviç gəmini Əbu-Dabinin vəliəhd şahzadəsi Muhəmməd Ben Zaid əl-Naxayanuya 120 milyon dollara  satmışdı. 2014-cü ildə isə şeyx Muhəmməd onu gəmi maqnatı  Fiyaza satmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır