Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

“Bakı Yelkən Reqatası 2024”ün başlamasına üç gün qaldı

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Yelkən Federasiyasının (SFA) təşkilatçılığı, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dəstəyi ilə keçiriləcək Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Yelkən Reqatası 2024” (Baku Sailing Regatta 2024) üzrə hazırlıqlar davam edir.

Builki yarışlar "Optimist", "ILCA 4" və "ILCA 6" sinifləri üzrə SFA Yelkən Mərkəzində (Salyan şossesi, Şıxov sahili 1023) 10-12 may tarixində, saat 11:00-16:00 arasında təşkil olunacaq. Bundan başqa, Reqata çərçivəsində 11-12 may tarixlərində sörfinqçilərin əyləncəli şousu da təqdim olunacaq.

Final günü, saat 18:00-da isə qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.

Builki Reqatada milli yelkənçilərimizlə yanaşı, Gürcüstan Yelkən Federasiyası da təmsil olunacaq.

Hər birinizi yelkənçilərin möhtəşəm şousunu izləmək və əylənmək üçün “Bakı Yelkən Reqatası 2024”də gözləyirik. Tədbirdə iştirak qeydiyyatsız və ödənişsizdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır