Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-08,
Seanews
Heyder Eliyev

Şərqi Çin dənizində yük gəmisi batıb

Qum və çınqılla yüklənmiş “X Hua Xia 68” adlı yük gəmisi Şərqi Çin dənizində Nanji adası sahillərində batıb.

“Seanews.az” xəbər verir ki, qəza Fujian-Şanxay səfəri zamanı baş verib.

Dərhal təhlükə siqnalı verilib, bunun ardınca əraziyə yardım üçün gəmilər göndərilib. Gəmidə olan 11 nəfər heyət üzvü xilas olunub.

Qəzanın baş verməsinə səbəb kimi gəmiyə su dolması göstərilir.

Hazırda araşdırma aparılır, dəqiq səbəb araşdırmalardan sonra məlum olacaq.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır