Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

Qara dənizdə yük gəmisində partlayış baş verib

Qara dənizdə Kerç boğazında lövbərdə duran “Al-Khani” adlı yük gəmisinin maşın şöbəsində partlayış baş verib.

“Seanews.az” xəbər verir ki, hadisə zamanı gəminin ikinci mexaniki yaralanıb. O, Kerç xəstəxanasına çatdırılıb.

Partlayış fevralın 28-də olub, lakin bu barədə ictimaiyyətə yalnız martın 2-də xəbər verilib.  Hadisəyə baxmayaraq, gəmi fevralın 29-da Ukraynanın Berdyansk vilayətinə üzüb.

Sözügedən gəminin Suriyaya məxsus olduğu və Liviya şirkəti tərəfindən idarə edildiyi bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır