Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Gəmilərə üç şirkət birgə sahiblik edəcək

Yaponiyanın “Mitsui O.S.K. Lines, Ltd.” (“MOL”) şirkəti yeni mayeləşdirilmiş təbii qaz (LNG) tankerinin suya buraxılması və adlandırılması mərasimi keçirib.

“Seanews.az” xəbər verir ki, tədbir ÇXR-in “Hudong-Zhonghua Shipbuilding” zavodunda baş tutub. "Greenergy Ocean" adlandırılan gəmi Sinqapurun “CNOOC Gas & Power Singapore Trading & Marketing” şirkətinə (Çin dövlət neft korporasiyası “CNOOC”-a məxsusdur) xidmət göstərəcək.

Bu, 2022-ci ilin yanvarında imzalanmış müqavilə çərçivəsində inşa edilən altı yeni LNG tankerindən ilk gəmidir. Gəmilərə üç şirkət: “MOL”, “CNOOC” və “COSCO Shipping LNG Investment” birgə sahib olacaq.

Uzunluğu  299 metr, eni  46,4 metr, suya oturumu 11,5 metr olan gəminin 2024-cü ilin may ayının sonuna təhvil verilməsi planlaşdırılır. Tanker “CNOOC” qrupunun dünya üzrə aldığı mayeləşdirilmiş təbii qazı Çinə daşıyacaq. Qalan beş tanker 2024-2026-cı illərdə istismara veriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır