Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Quldurlar iki gündə üç gəmiyə hücum ediblər

Yunanıstana məxsus “MV Scarabe” gəmisi Nigeriyanın cənubunda 8 dəniz quldurunun hücumuna məruz qalıb. Gəminin kapitanı quldur gəmisinin onlara yaxınlaşdığını görüb manevrlər etməyə başlayıb. Bununla da gəmini quldurlardan xilas etmək mümkün olub.

"Seanews.az" xəbər verir ki, eyni gündə Liberiyaya məxsus “Cap Diamant” tankeri də quldur hücumuna cəhd olub. Yaxınlıqdakı digər əhlükəsizlik gəmisini görən quldurlar geri çəkiliblər. Tanker və onun heyəti heç bir xəsarət almayıb.

Üçüncü gəmi isə Kotonu limanının cənubunda hücuma məruz qalıb. Hazırda bu barədə ətraflı məlumat verilməyib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır