Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“Damen” Antverpen-Brügge limanı üçün inşa etdiyi elektriklə işləyən yedək gəmisini suya buraxıb

“Damen Song Cam” gəmiqayırma zavodunda Avropanın ilk elektrik yedək gəmisi “VOLTA 1”-in suya buraxılması mərasimi keçirilib. Yedək gəmisi “RSD 2513” layihəsinin beş adi yedək gəmisi ilə birlikdə Antverpen-Brügge limanı üçün tikilir.

“korabel.ru” “Offshore-energy” portalına istinadən xəbər verir ki,  “RSD-E Tug 2513” birdəfəyə ən azı iki yedəkləmə işini yerinə yetirə və iki saat ərzində tam doldurula bilər. İstehsalçıya görə, akkumulyator sistemi 30 min boşalma-doldurma dövrü üçün nəzərdə tutulub.

 “Damen” gəmini təchiz etməklə yanaşı, Antverpen-Brügge limanını yedək gəmisinin istismarı üçün lazım olan yükləmə avadanlığı və sahil yükləmə infrastrukturu ilə təmin edəcək.

Avropanın ən işlək yükaşırma mərkəzlərindən biri olan Belçika limanı 2050-ci ilə qədər karbon neytrallığına nail olmağı hədəfləyir. Hazırda limanda hidrogenlə işləyən yedək gəmisi fəaliyyət göstərir və tezliklə burada modernləşdirilmiş metanolla işləyən yedək gəmisi istismar ediləcək.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır